856 milyonluq futbolçuların oyunu
Çempionlar Liqasının finalı oyunu çərçivəsində keçiriləcək "Real" - "Atletiko" matçında əsas heyətdə meydana çıxacaq futbolçuların qiyməti 856 milyon avrodur.

"Real"ın oyunçularının qiyməti 574 milyon 100 min, "Atletiko"nun isə 282 milyon avro təşkil edir.

"Real"da ən bahalı futbolçu Kriştiano Ronaldo (100 milyon avro), "Atletiko"da isə Dieqo Kostadır (35 milyon avro).

Qeyd edək ki, "Real" - "Atletiko" oyunu sabah, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xatırladaq ki, "Real" yarımfinalda "Bavariya"nı, "Atletiko" isə "Çelsi"ni mübarizədən kənarlaşdıraraq finala yüksəlib.

Xəbər 922 dəfə oxundu.