"Real"la oyunöncəsi "Atletiko"ya şad xəbər
"Atletiko"nun zədəli futbolçuları Arda Turan və Dieqo Kosta komanda ilə birgə məşqlərə başlayıb.

Hər iki oyunçu komandanın dünənki hazırlığında iştirak edib.

Bununla da Serbiyada müalicə olunan D.Kostanın Çempionlar Liqasında "Real"la matçda oynamaq şansları artıb.

Qeyd edək ki, A.Turanın da Madrid təmsilçisi ilə görüşdə meydanda olacağı gözlənilir.

Xəbər 786 dəfə oxundu.