"Bavariya"nın futbolçusu "Mançester Yunayted"də
"Bavariya"nın oyunçusu Toni Kroos futbolçu karyerasını "Mançester Yunayted"də davam etdirəcək.

24 yaşlı yarımmüdafiəçi "MY" ilə müqavilə imzalayıb. Bu transfer üçün "qırmızı şeytanlar" Münhen təmsilçisinə 27 milyon funt sterlinq ödəyib.

"MY"nın qarşıdakı günlərdə bu transferi rəsmən açıqlayacağı bildirilir.

Xəbər 854 dəfə oxundu.