"Barselona"da yarımmüdafiə mövqeyinə beş namizəd
"Barselona" yay transferi pəncərəsində heyətinə yarımmüdafiəçi cəlb etməyə hazırlaşır.

Klubun yeni baş məşqçisi Luis Enrikenin istəyi ilə bu mövqəyə namizəd futbolçular müəyyənləşib. Bunlar Pol Poqba, Arturo Vidal (hər ikisi "Yuventus"), Koke ("Atletiko" Madrid), Luis Qustavo ("Bavariya") və Rafinyadır ("Selta").

Kataloniya təmsilçisinin yay transferi pəncərəsində həmin futbolçulardan birini heyətinə qatacağı bildirilir.

Xəbər 1011 dəfə oxundu.