Arda Turan: "Mən türk gənclərinə örnəyəm”
"Atletiko"da özümü çox xoşbəxt hiss edirəm. İspaniyaya gələndı yaxşı mübarizə aparacağıma söz vermişdim və bunu bacardım. Türkiyəni Avropada təmsil edirəm. İspaniyada məni hər kəs "El Turko" deyərək çağırır. Türkiyədəki gənclərə örnək olduğumu düşünürəm".

Bu sözləri "Atletiko"nun futbolçusu Arda Turan Türkiyə mediasına açıqlamasında deyib.

O, bu il baş tutacaq dünya çempionatında iştirak etməyəcəyi üçün təəssüfləndiyini bildirib:

"Dünya çempionatı hər bir futbolçunun oynamaq istədiyi bir turnirdir. Ancaq mən orada olmayacağım üçün təəssüfləndirəm. Çempionlar Liqasında isə final matçında oynamaq istəyirəm. Bir az ağrılarım olsa da, özümü yaxşı hiss edirəm".


Arda deyib ki, ona bir çox klubdan təklif göndərilib:

"Atletiko" ilə 2017-ci ilə qədər müqaviləm var. Bir çox klubdan təklif almışam. Ancaq məni hazırda transfer, pul deyil, Çempionlar Liqasının finalı düşündürür".

Xəbər 798 dəfə oxundu.