Ramin Musayev günahı "Neftçi" rəhbərliyində gördü | |
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Kubokunun finalı ilə bağlı düşüncələrini bölüşüb. Ramin Musayev oyunda “Neftçi” azarkeşlərinin az olmasına belə münasibət bildirib: “Neftçi” azarkeşləri ilə həmişə seçilib. Amma bu gün az idilər. Məncə, “Neftçi” rəhbərliyi istəmədi ki, stadiona çox azarkeş gəlsin. Cəmi 2 min bilet almışdılar”. Qeyd edək ki, “Neftçi” “Qəbələ” üzərində penalti seriyasında qələbə qazanaraq, Azərbaycan Kubokunun sahibi oldu. |
|
Xəbər 821 dəfə oxundu. |
|
|