Vengerin Sanyanın əvəzinə istədiyi futbolçu
"Arsenal" klubunun baş məşqçisi Arsen Venger növbəti transfer hədəfini açıqlayıb.

Fransız mütəxəssis "Mançester Siti"nin yarımmüdafiəçisi Ceyms Milneri komandasında görmək istəyir.

Venger Milneri "Mançester Siti"yə keçəcəyi gözlənilən Bakari Sanyaya əvəzləyici kimi görür. London klubu bu transfer üçün 10 milyon funt sterlinqindən keçməyə hazırdır. "Mançester Siti"nin əsas heyətindən kənarda qalan 28 yaşlı futbolçunun da komandadan ayrılmaq istədiyi bildirilir.

Qeyd edək ki, ingilis futbolçu 2010-cu ildə "Aston Villa"dan "Mançester Siti"yə transfer olunub.

Xəbər 830 dəfə oxundu.