"Neftçi" Avroliqaya ikinci, "Qəbələ" birinci təsnifat mərhələsindən başlayacaq
Yeni mövsümdən ölkəmizi Avropa Liqasında təmsil edəcək "Neftçi" klubu mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.

"Ağ qaralar" bu hüquqa ölkə kubokunu qazanmaqla sahib çıxıblar.

Finalda "Qəbələ"ni penaltilər seriyasında məğlub etməklə kuboka yiyələnən "Neftçi" 17-24 iyul tarixlərində Avroliqanın II təsnifat mərhələsinin oyunlarına çıxacaq. Azərbaycan Premyer Liqasının bürünc medalçısı "Qəbələ" klubu isə mübarizəyə I təsnifat mərhələsindən qoşulacaq. Həmin mərhələnin oyunları 3-10 iyul tarixlərində keçiriləcək.

Qeyd edək ki, Avropa Liqasında klublarımızın rəqibləri iyunun 23-də İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimindən sonra bilinəcək.

Xəbər 792 dəfə oxundu.