Le Mans Erman Kunter ilə razılığa gəldi
Le Mans Beşiktaş Integral Forex basketbol klubunun direktoru Erman Kunter ilə razılığa gəlib.

İdman.com.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Le Mans rəsmi internet saytında Erman Kunter ilə müqavilə imzaladığını bildirib.

Ötən il Beşiktaşda baş məşqçilik edən, bu mövsümdə isə şöbənin başına keçən Erman Kunter Fransada yenidən vəzifə almağa hazırlaşır.

Fransada Asvel və Choleteyi işlədən Erman Kunter, 2010-ci ildə Cholet ilə çempionluq qazanıb. Kunterin iyulun 1-dən etibarən yeni komandasında vəzifəyə başlayacağı gözlənilir.



Xəbər 1200 dəfə oxundu.