Suarez əməliyyat olunacaq
"Liverpul"un və Uruqvay millisinin futbolçusu Luis Suarez əməliyyat olunacaq.

Sağ dizində ağrılar hiss etdiyi üçün məşqləri yarımçıq dayandıran hücumçu tibbi müayinədən keçib və onun əməliyyat olunmasına qərar verilib.

L.Suarezin bu il baş tutacaq dünya çempionatına qədər tam sağalacağı bildirilir.

Qeyd edək ki, L.Suarez 2013/2014 mövsümündə İngiltərə Premyer Liqasında 31 qol vuraraq bombardir olub.

Xəbər 807 dəfə oxundu.