Azərbaycan Kubokunun final matçının baş hakimi müəyyənləşdi
Bu gün keçiriləcək futbol üzrə Azərbaycan Kubokunun final matçının baş hakimi müəyyənləşib.

"Qəbələ" və "Neftçi" klublarının üz-üzə gələcəyi həlledici qarşılaşmanı FİFA referisi Əliyar Ağayev idarə edəcək.

Qeyd edək ki, "Qəbələ" - "Neftçi" matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.

Xəbər 898 dəfə oxundu.