Şumaxeri Alonso əvəz etdi
Monakoda Nazionale Piloti ilə knyaz II Alberin rəhbərliyi ulduzlar komandası arasında keçirilən xeyriyyə matçının iştirakçıları Mixael Şumaxerə dəstək olublar.

Dünən baş tutan qarşılaşma zamanı elektron tablolarda : «Мixaelm sənin yoxluğun hiss edilir. Gələn il meydanda olmanı istəyirik» yazı işıqlandırılıb.

Xtırladaq ki, uzun illər idi ki, Şumaxer Nazionale Piloti komandasının kapitanı idi.Bu dəfə isə kapitanlıq sarğısı Fernando Alonsonun qolunda olub.

Qeyd edək ki, qarşılaşmada pilotların komandası məğlub olub – 2:3.

Xəbər 1978 dəfə oxundu.