Eşli Koula təkliflər gəlməkdə davam edir
"Çelsi" klubunun müdafiəçisi Eşli Koula təkliflər gəlməkdə davam edir.

Madrid "Real"ı da təcrübəli futbolçunu transfer etmək niyyətindədir.

"Kral klubu" ingilis futbolçuya rəsmi təklif göndərib. Koulla iki illik müqavilə imzalamağı planlaşdıran Madrid təmsilçisi futbolçunun qazancını da açıqlayıb. 33 yaşlı futbolçu "Real"da ilinə 5 milyon avro gəlir əldə edəcək. Koulun bu təklifi müsbət qarşıladığı bildirilir.

Qeyd edək ki, Koulla "Mançester Yunayted", "Liverpul", "Mançester Siti", "İnter" və "Monako" klubları da yaxından maraqlanır.

Xəbər 839 dəfə oxundu.