"Mançester Siti"nin futbolçusu "Barselona"nın hədəfində
Yeni mövsüm üçün heyətini gücləndirməyi planlaşdıran "Barselona" klubu növbəti transfer hədəfini açıqlayıb.

Kataloniya təmsilçisi "Mançester Siti"nin müdafiəçisi Vinsent Kompaniyə "elçi" düşüb.

"Barselona" klubunun nümayəndələri yaxın günlərdə bu transfer üçün Mançesterə gedəcəklər. Tərəflər arasında razılıq əldə olunarsa, belçikalı futbolçu yeni mövsümdən "Barselona"nın şərəfini qoruyacaq.

Qeyd edək ki, bu mövsüm 30 oyunda meydana çıxan 28 yaşlı futbolçu 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər 840 dəfə oxundu.