Bəxtiyar Abbasov: Onun məğlubedilməzliyinə son qoymaq istəyirəm
Bu gün «Qafqan Point» mehmanxanasında MMA üzrə məşhur Azərbaycan döyüşçüsü Bəxtyar Abbasovun (11-2) mayın 30-da Sinqapurda keçiriləcək «One FC 16: Honor and Qlory» turnirində iştirakına ilə bağlı mətbuat konfransı təşkil olundu. İdman.com.az saytının məlumatına görə, tədbiri girin sözü ilə açan “Qəbələ”nin döyüş növləri koordinatoru Səbuhi Qarayev yarış haqqında məlumat verdi.

Bildirdi ki, Asiyanın ən reytinqli döyüşdə debüt edəcək həmyerlimizin rəqibi amerikalı Ben Askrendir (12-0). MMA, Pankration və Qrepplinq Federasiyasının prezidenti Azad Əsgərov, ölkəmizdə belə bir idmançının olmasını fəxr adlandırdı: «Bir çox ölkələr bu yarışa həsəd aparırlar. Bəxtiyar isə artıq müqavilə bağlayıb və hamımız ona inanırıq».

Bəxtiyar Abbasov, rəqibinin peşəkar rinqdə məğlub olmadığını qeyd etdi. Vurğuladı ki, ona qalib gələcəyinə böyük ümidi böyükdür: «Bu döyüş 5 dəqiqədən ibarət olmaqla, 3 raunddan ibarətdir. Yaxşı hazırlaşmışam. Bu işdə mənə güləş və cüdo komandalarımızın məşqçiləri də yardımçı olublar. İnşallah, rəqibimə qalib gələrək, ona «Qəbələ”də və Azərbaycanda necə güclü idmançılar olduğunu göstərəyəm. Ona qalib gəlsəm, yapon idmançısı ilə dünya kəməri üçün vuruşacağam».

GEFC Beynəlxalq MMA Liqasının vitse-prezidenti, Abbasovun şəxsi məşqçisi Şəhriyar Abbasov Bəxtiyarın hazırlığını mükəmməl adlandırıb. Onun sözünə görə, bu döyüş üçün Kiyevdə ulduz idmançılarla başlayan təlim-məşq toplanışı Bakıda davam etdirilib: «Düzdür, qardaşım 16 kq çəki salıb. Lakin buna baxmayaraq, hər şey yüksək səviyyədədir. Hələ vaxtlar var və mayın 26-da yola düşürük. Sinqapurda həmin gün 10 döyüş olacaq. Bu, gecənin qarşılaşması hesab olunur. Rəqib dünya reytinqində 5-ci, Bəxtiyar 129-cudur. Həmin döyüşdə tarixi bir gün yaşayacağıq».


Xəbər 1385 dəfə oxundu.