Lyuis Hamilton ən cəzbedici idmançı seçidli
«Mersedes»in pilotu Lyuis Hamilton SportsPro jurnalının versiyasına görə sponsorlar üçün ən cəzbedici idmançı seçilib. Formula 1 mövsümünün hazırki lideri bu mübarizədə Kriştiano Ronaldo , Lionel Messi, Useyn Bolt və MotoGP çempionu Mark Markesi qabaqlaya bilib.

Formula 1-in son çempionu Sebastyan Fettel siyahıda 27-ci yeri tutub. Maraqlıdır ki, Formula 1 aləmindən ilk 50-likdə Daniil Kvyat və Sauberin test pilotu Simona de Silvestro da yer alıb.

Xəbər 740 dəfə oxundu.