Bakari Sanya Mançester Siti ilə müqavilə imzaladı
31 yaşlı Bakari Sanya Mançester Siti ilə müqavilə imzalayıb. Daily Star-ın məlumatına görə? müqavilə 3 illiyinə nəzərdə tutulub. Buna əsasən fransız futbolçunun həftəlik məvacibi 140 min funt sterlinq olacaq.

Xatırladaq ki, Sanyanın Arsenalla müqaviləsi başa çatdığına görə o , azad agent statusunda idi və Mançester Sitiyə pulsuz başa gəlib. Londonlular futbolçuya yeni müqavilə təklif etsələr də , Sanya təklifi qəbul etməyib.Son mövsümdə müdafiəçi 35 oyunda 1 qol vurub.

Xəbər 905 dəfə oxundu.