Ryan Giggs futbolla vidalaşdı
Manchester United formasıyla 963 matçda meydana çıxan klub rekorduna imza atmış Ryan Giggs 40 yaşında futbolla vidalaşıb.

Bu gün Hollandiya Milli Futbol komandasının baş məşqçisi Louis van Gaal Manchester United-lə 3 illik sözləşmə imzalayıb.Dünya çempionatından sonra mütəxəssis yeni komandasında işə başlayacaq. Onun köməkçilərindən biri də məhz Ryan Giggs olacaq.

Uelsli futbolçu karyerasını bitirdiyini klubun rəsmi internet səhifəsinə açıqlamasında bəyan edib.

Xəbər 826 dəfə oxundu.