Dieqo Simeone: “Növbəti mövsümdə də “Atletikodayam”
Mayın 19-da İspaniya çempionatının qalibi, Çempionlar Liqasının finalçısı və “Land of fair Azerbaijan” yazısı ilə böyük uğurlara imza atmış Atletiko Madrid klubunun məşqçisi və aparıcı oyunçularının iştirakı ilə mətbuat konfransı və açıq məşqi keçirilmişdir.

Çempionlar Liqasının finalı öncəsi media qarşısına çıxan argentinalı baş məşqçi Dieqo Simeone bir çox məsələlərə aydınlıq gətirmişdir.

İlk növbədə o, növbəti mövsümdə də Atletikonun sükanı arxasında qalacağını bildirmiş, bununla da onun transferi barəsində yayılmış şayiələrə son qoymuşdur.

Çempionlar Liqasının mayın 24-də Lissabondakı final oyununa hazırlıqdan danışan baş məşqçi əsas heyətdə Dieqo Kosta və Arda Turanın iştirakına cavab olaraq demişdir: “Dieqo Kosta və Arda Turanın oyuna çıxıb çıxmayacağı barədə qərar vermək tezdir. Oyuna hələ 5 gün var. Bu ən son verəcəyimiz qərardır. Mənim oyunçularıma kənar amillər təsir etmir”.

“Bizim əlavə motivasiyaya da ehtiyacımız yoxdur. Biz sadəcə məsuliyyətimizi hiss edirik və təbii ki, qələbə qazanmaq istəyirik. Rəqib komandanın hansı addım atacağı bizim qərarlarımıza təsir etmir” - deyə Simeone nəzərə çatdırmışdır.

AzərTAc

Xəbər 969 dəfə oxundu.