Daha bir əfsanə karyerasını başa vurdu
Argentina futbolunun canlı əfsanəsi Xuan Sebastian Veron karyerasını başa vurub.

39 yaşlı futbolçunun son komandası ölkəsinin "Estudiantes" klubu olub.

1996-cı ildə "Sampdoriya"ya transfer olunan Veronun Avropa macərası müvafiq olaraq "Parma", "Latsio", "Mançester Yunayted", "Çelsi" və "İnter" klublarının ardından başa çatıb.

Veron futbolçu karyerasında A Seriyası, UEFA superkuboku, Premyer Liqanı qazanmaqla yanaşı, Libertatores kubokuna da sahib çıxıb.

Xəbər 798 dəfə oxundu.