Qvardiola Mandzukiçlə bağlı qərarını açıqladı
"Bavariya" klubunun hücumçusu Mario Mandzukiç komandadan ayrılacaq.

Bu barədə qərarı baş məşqçi Pep Qvardiola verib.

İspaniyalı mütəxəssisin xorvatiyalı futbolçu ilə yollarını ayırmasına onun qeyri-adi davranışları səbəb olub. Çempionlar Liqasının yarımfinal mərhələsinin "Real" (Madrid) klubu ilə cavab qarşılaşmasından (0:4) sonra Qvardiola paltardəyişmə otağında emosional çıxış edib və məğlubiyyətdə bütün məsuliyyəti üzərinə götürüb.

Qvardiolanın bu çıxışı bütün futbolçuları təsirləndirib, hətta Rafinya baş məşqçisini qucaqlayaraq ağlayıb. Lakin təkcə M.Mandzukiç buna fərqli reaksiya verib. O, Qvardiolanın emosional çıxışı zamanı gülümsünərəq dişlərini göstərib. Bu səbəbdən Qvardiola 27 yaşlı futbolçunun komandadan getməsini istəyib.

Qeyd edək ki, Mandzukiç 2012-ci ildə "Volfsburq"dan "Bavariya"ya transfer olunub.

Xəbər 923 dəfə oxundu.