İbrahimoviçə yeni vəzifə təklif olundu
PSJ klubunun prezidenti Nasser Əl-Xəlafi futbolçusu Zlatan İbrahimoviçə yeni vəzifə təklif edib.

Klub prezidenti isveçli hücumçunun futbolçu karyerasını başa vurduqdan sonra Paris təmsilçisində idman direktoru vəzifəsində çalışmasını istəyir.

N.Əl-Xəlafi bu barədə artıq Z.İbtahimoviçlə danışdığını deyib: "O, futbolçu karyerasını bitirdikdən sonra bizimlə qalacaq və klubun idman direktrou olacaq. Əgər bu gerçəkləşsə, İbrahimoviçin ən yaxşı idman direktorlarından biri olacağına əminəm".

Qeyd edək ki, İbrahimoviç daha öncə verdiyi açıqlamasında karyerasını PSJ-də başa vurmaq istədiyini bildirib.

Xəbər 862 dəfə oxundu.