Prezident İlham Əliyev dünya çempionatına hazırlıq işləri ilə tanış olub

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 17 yaşlı qadınlar arasında futbol üzrə dünya çempionatının start sayğacını işə salıb

Noyabrın 23-də Bakı Sərgi Mərkəzində “BakuTel-2011” XVII Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransı açılıb.

Azərbaycan Dövlət Teleqraf Agentliyinnin (AzərTAc) verdiyi xəbərə görə, dövlətimizin başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgi ilə tanış olublar.

Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya 2012-ci ildə respublikamızda keçiriləcək 17 yaşlı qadınlar arasında futbol üzrə dünya çempionatına hazırlıq işlərinin gedişi barədə geniş məlumat verilib.

Azərbaycan Prezidentinə dünya çempionatına biletlərin onlayn qaydada satışı sistemi nümayiş etdirilib. Qeyd olunub ki, istənilən xarici vətəndaş bu sistem vasitəsilə ölkəmizdə keçiriləcək futbol üzrə dünya çempionatına bilet əldə edə bilər.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 17 yaşlı qadınlar arasında futbol üzrə dünya çempionatının start sayğacını işə salıb.

Xəbər 1563 dəfə oxundu.