Realmadrid Fondu bu dəfə Naxçıvanda təlim keçib
15-17 mayda Naxçıvan Muxtar Respublikası Şərur rayonunda Gənclər və İdman Nazirliyinin Realmadrid Fondu ilə birgə həyata keçirdiyi layihənin təqdimatı və fiziki tərbiyə müəllimləri və uşaqlar üçün təlimi keçirilib. İdman.com.az saytı xəbər verir ki, təlim zamanı Şərur Rayonunun 8 fiziki tərbiyə müəlliminə Realmadrid Fondunun təqdim etdiyi təlim proqramı öyrədilib. Təlim və təlim-məşq “Vətən” sosial Futbol məktəbin məşqçisi Namiq Allahverdiyev tərəfindən həyata keçirilib.

Təlimdən sonra nəticə əldə etmək üçün bir qrup 6-17 yaşlı uşaqlara təlim məşq keçirilib. Bu zaman Namiq Allahverdiyev məşq prosesindəki mərhələləri uşaqlara və Şərur rayon məşqçi müəllimlərə öyrədib.
Sonda valideynlərə, uşaqlara və fiziki tərbiyə müəllimlərinə layihə haqqında təqdimat keçirilib və bir qrup 6-17 yaşlı uşaqlar seçilərək qrup yaradılıb. Layihənin koordinatoru Sahibə Paşayeva tərəfindən valideyn, uşaqlar və müəllimlərə layihə haqqında genişməlumat verilib.
Təlimin məqsədi uşaqları futbolun vasitəsilə sağlamlıqlarının qorumaq və sosial həyata inteqrasiya etmək, eyni zamanda uşaqları problemlemlərdən və pis vərdişlərdən uzaqlaşdırmaqdır.

Təlimin təşkilatçılığını Uşaq Gənclər Futbol Federasiyası və Naxçıvan Muxtar Resublikası Gənclər və İdman Nazirliyi həyata keçirib. Layihə çərçivəsində yaradılan məktəbin açılışı Naxçıvan Muxtar Respublikası Şərur rayonu Olimpiya İdman Kompleksində baş tutub.

Xəbər 1152 dəfə oxundu.