"Bakı" cari mövsümdə son məşqinə çıxdı
"Bakı" bu gün 2013/2014 mövsümünün son məşqini keçirib.

Saat 11:10-da başlayan hazırlığa yüngül qaçış və isinmə hərəkətləriylə start verilib.

Qısa məsafələrə sürətli qaçış tapşırığından sonra dartınma hərəkətlərini də icra edən baş məşqçi Milinko Pantiçin futbolçuları bununla da hazırlığı başa vurub.

Qeyd edək ki, zədəsini müalicə etdirən Ruben Qonzales hazırlıqda iştirak etməyib.

Sabah isə "Bakı" mövsümün son oyununda, saat 17:00 da "Rəvan"la ilə qarşılaşacaq. Komanda bu görüşdən sonra iyunun 25-dək istirahətdə olacaq.

Xəbər 875 dəfə oxundu.