Ranyeri: "Monako"da qalacam"
"Monako" klubunun baş məşqçisi Klaudio Ranyeri komandadan gedəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Təcrübəli mütəxəssis növbəti mövsümdə də "Monako"nu çalışdıracağını deyib:

"Monako"da qalacam. Mənim komandamla hələ bir illik müqaviləm var. Ona görə buradakı işimi davam etdirməyi düşünürəm. İşimi çox sevirəm və 100 faiz əminəm ki, peşəkar məşqçiyəm. Elə karyeramın sonunadək belə də olacam. Təbii ki, müəyyən dəyişikliklər ola bilər. Lakin mən "Monako" ilə çempion olmaq istəyirəm".

Qeyd edək ki, 62 yaşlı mütəxəssis 2012-ci ildən "Monako"nu çalışdırır.

Xəbər 879 dəfə oxundu.