Vudvord maliyyə hesabatını açıqladı
“Mançester Yunayted” bu ilin ilk rübünə əsasən maliyyə hesabatını açıqladı.

İdman.com.az saytı Sky Sports-a istinadən xəbər verir ki, icraçı direktor Edvard Vudvord rüblük mənfəətin 60% artdığını bildirib.

“Biz yenə rekord gəlir əldə etmişik, bütün biznes lahiyələrimiz ilbəil artım olduğunu göstərir. Biz maliyyə cəhətdən rahatıq və bunu komandanın güclənməsinə sərf etməyə hazırıq. Biz transfer dönəmində aktiv olacağıq və müqavilələr olması isə mütləqdir”.

Vudvord həmçinin bildirib ki, növbəti mövsüm Çempionlar Liqasında yerlərini təmin etmək üçün komandanı gücləndirməyə hazırlaşırlar. Buna görə, klubda hər şey edilir ki, “Mançester Yunayted” növbəti mövsüm çempionluq və digər mükafatlar uğrunda mübarizə aparsın.

Xəbər 799 dəfə oxundu.