Qalatasaray Odebankın ikinci transferi də baş tutdu
Qalatasaray Odebank komandası ikinci transferini də həyata keçirdi.

İdman.com.az saytı xəbər verir ki, sarı qırmızılılar 26 yaşlı oyunçu Barbara Turner ilə razılığa gəliblər. Boyu 1.83 metr olan amerikalı oyunçu daha əvvəl Fənərbaxça, Tarsus, Mersin Böyükşəhər Bələdiyyə və Kayseri kaska formalarını da geyinibdir.

Qeyd edək ki, mövsümü 3 kubokla bağlayan Qalatasaray Odeabank bu il ilk olaraq Nuria Martinezi transfer edib.



Xəbər 941 dəfə oxundu.