“Bakı” qələbə sayında irəlidədir

“Qəbələ” həftəsonu Unibank Premyer Liqasının XIV turunda “Bakı” ilə üz-üzə gələcək. idman.com.az saytının klubun rəsmi saytına istinadən məlumatına görə, bu görüş noyabrın 26-da baş tutacaq.
Paytaxtın eyni adlı təmsilçisi “Qəbələ”nin ən çox qarşılaşdığı komandalardandır. Rəqiblər artıq 19 dəfə üz-üzə gəliblər. Yubiley – 20-ci görüş ərəfəsində 13 çempionat və 6 kubok oyunu arxada qalıb.
Statistik hesablamarala görə, bu matçlarda “Qəbələ” 2 qələbə qazanıb ki, bunların da sonuncusu 2010-cu ilin mayın 1-ə baş tutub. Bundan sonrakı 4 oyunda 2 heç-heçə və 3 məğlubiyyət alan komanda son qolunu ötən il avqustun 8-də vurub. Ümumilikdə isə 12 dəfə qalib gələn “Bakı”ya qarşı 2 qələbə və 5 heç-heçə əldə edən ”Qəbələ” top fərqində də geridədir – 7:23.
Kubokdakı hər 3 mübarizədə mərhələ adlayan “Bakı” 6 oyunda 3 qələbə qazanıb və 3 heç-heçə edib. Top fərqi isə paytaxt təmsilçilərinin üstünlüyü hiss olunur – 6:2. Çempionatda isə 13 matçda bakılılar 9, Qəbələ təmsilçisi 2 dəfə sevinib və 2 sülhlə kifayətləniblər. Burdakı top fərqi də “Bakı”nın xeyrinədir – 17:5.

2006/07 29.10.2006 Premyer Liqa Bakı - Gilan (Qəbələ) 1:0
2006/07 21.11.2006 Azərbaycan kuboku, 1/8 final Gilan (Qəbələ) - Bakı 0:2
2006/07 02.12.2006 Azərbaycan kuboku, 1/8 final Bakı - Gilan (Qəbələ) 1:0
2006/07 18.04.2007 Premyer Liqa Gilan (Qəbələ) - Bakı 0:1
2007/08 19.08.2007 Premyer Liqa Qəbələ - Bakı 2:0
2007/08 24.02.2008 Premyer Liqa Bakı - Qəbələ 3:0
2007/08 06.03.2008 Azərbaycan kuboku, 1/4 final Bakı - Qəbələ 1:1
2007/08 20.03.2008 Azərbaycan kuboku, 1/4 final Qəbələ - Bakı 1:1, p.4:3
2008/09 09.11.2008 Premyer Liqa Bakı - Qəbələ 3:0
2008/09 25.04.2009 Premyer Liqa Qəbələ - Bakı 0:1
2009/10 31.10.2009 Premyer Liqa Qəbələ - Bakı 0:2
2009/10 13.02.2010 Premyer Liqa Bakı - Qəbələ 2:0
2009/10 28.03.2010 Premyer Liqa Bakı - Qəbələ 1:1
2009/10 01.05.2010 Premyer Liqa Qəbələ - Bakı 1:0
2010/11 22.08.2010 Premyer Liqa Bakı - Qəbələ 2:1
2010/11 23.12.2010 Premyer Liqa Qəbələ - Bakı 0:1
2010/11 03.03.2011 Azərbaycan kuboku, 1/4 final Qəbələ - Bakı 0:0
2010/11 08.03.2011 Azərbaycan kuboku, 1/4 final Bakı - Qəbələ 1:0
2011/12 07.08.2011 Premyer Liqa Qəbələ - Bakı 0:0

Xəbər 980 dəfə oxundu.