Kevin Strutmanın keçidi yenidən gündəmə gəlib
Kevin Strutmanın, “qırmızı şeytan”lara keçidi məsələsi, yenidən gündəmə gəlib. Daha əvvəldə saytımızda bu haqda çıxan xəbərləri sizlərə çatdırmışdıq. Bu dəfə Metro nəşri Strutmanın transferi haqda yazıb.

Kevin haqda yayılan bu xəbərdə bildirilir ki, “Mançester Yunayted” holland futbolçu üçün 25 milyon funtundan keçməyə hazırdır.

Mütəxəssislər, “Roma”-nın Strutmanı rahatlıqla əldən çıxartmayacağını deyir. Lakin Sky İtalia yazır ki, Kevin Strutman, Van Qal ilə işləmək üçün “Old Trafford”-a keçmək istəyir.

24 yaşlı yarımmüdafiəçi, Lui Van Qalın Dünya Çempionatına apardığı Hollandiya yığmasının 23 nəfərlik heyyətində əsas fiqurlardan biri sayılır. Çempionatdan sonra, Mançesterə gələcəyi gözlənilən Van Qal, burdada Strutmanı komandasında görmək istəyir

Xəbər 941 dəfə oxundu.