Cek Uilşir Pol Skoulzla tənqidlərə görə şəxsən danışdı
“Arsenal”in yarımmüdafiəçisi Cek Uilşir bildirib ki, Pol Skoulzla, ona ünvanlandırdığı tənqidlərə görə şəxsən danışıb.

“Mənə bir az qəribə gəldi və bunu eşitmək gözlənilməz oldu. Mənim yadıma gəlir, həmin verilişə baxırdım və birdən Skoulz “Arsenal”ı tənqid etdi. Həmin an fikirləşdim: “Doğurdanmı, növbə mənə də gələcək?”.

“Əgər, bunu zəif oyunçu desəydi, əhəmiyyət verməzdim. Amma, bu axı Pol Skoulzdu. Mənə görə o, İngiltərə futbol tarixinin ən yaxşı yarımmüdafiəçisidi”.

“Müasir futbolda tez-tez tənqid olur, amma, onun sözü mənə, adi vaxtdan daha çox təsir elədi. Mən Skoulza çox hörmət edirəm. O, çox şeyə nail olub, mən isə hələ cavan oyunçuyam. Ona görə də, mən şəxsən onun özündən bu haqda nə düşündüyünü öyrənmək istədim”.

“Mən tvitterdə Qari Nevill ilə söhbət etdim. Soruşdum, mənə Polun nömrəsini verə bilərmi. Qari cavab verdi: “Sən onunla bir az sakit ol”. Qısası, Skoulzla gözəl söhbət elədik. Onun öz fikrini deməyə haqqı var”.

“O, öz fikrini mənə izah elədi və dedi ki, daha çox nələrin üzərində işləməliyəm. Nədəsə o haqlı idi”.

“Mən 17 yaşımda özümdən söz deyəndə, hamı mənimlə fəxr edirdi. Amma, vaxt gəlir, sən böyüyürsən və Skoulz bunu demək istəyirdi ki, artıq öz potensialını göstərmək vaxtıdı”.

Xatırladaq ki, Pol Skoulz, Cek Uilşir haqqında “O, top-oyunçu kimi gəldi, amma, əslində elə olmadı” şəklində danışmışdı. Skoulzun müsahibəsinə bu videodan baxa bilərsiz.

Xəbər 889 dəfə oxundu.