AGF I vitse-prezidenti güləşçilərimizin yanında
İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışarı start götürüb. İdman.com.az saytı xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, Rusiya, Koreya, Qazaxstan, Macarıstan, Türkiyə, İran, Finlandiya, Ermənistan və ABŞ güləşçiləri iştirak edir.

Yarışların ilk günündə yığma komandamızın üzvləri İran, Ermənistan və Koreya güləşçiləri ilə qarşılaşıb. Komandamız İran yığmasına uduzsa da, Ermənistanı 8:0, Koreyanı 5:3 hesabı ilə məğlub edib. Proqrama əsasən, güləşçilərimiz sabah qrupda sonuncu görüşünü Finlandiyaya qarşı keçirəcək.

Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, FİLA İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev fəxri qonaq qismində Dünya Kuboku yarışlarında iştirak edir. Yığma komandamızın keçirdiyi görüşləri Arenada seyr edən Namiq Əliyev, güləşçilərimizlə də görüşüb. Qazanılan qələbələr münasibətilə yığma üzvlərini təbrik edən AGF rəsmisi komandaya qarşıdakı görüşlərdə uğurlar arzulayıb.

Namiq Əliyev daha sonra ANS TV-nin İran İslam Respublikasının paytaxtındakı müxbirinin suallarını cavablandırıb. Müsahibə efirdə yayımlandıqdan sonra saytımızda yerləşdiriləcək.

Xəbər 983 dəfə oxundu.