Nazir Azad Rəhimov Soçidə

Noyabrın 23-24-də Rusiya Federasiyasının Soçi şəhərində Avropa Olimpiya Komitəsinin 40-cı Baş Assambleyasına start veriləcək. Gənclər və idman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də Assambleyanın rəsmi qonaqları sırasındadırlar.

Rusiya Milli Olimpiya Komitəsinin prezidenti A.Jukovun qonaqları rəsmi salamlamasından sonra Assambleya öz işinə başlayacaq. Assambleya 24 noyabr tarixinədək davam edəcək.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə noyabrın 25-də Soçidən Moskva şəhərinə yollanacaq. O, Rusiya Milli Olimpiya Komitəsinin 100 illik yubileyinə həsr olunmuş gecədə iştirak edərək, ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin təbriklərini çatdıracaq.

Xəbər 1229 dəfə oxundu.