"Real" və "Barselona" "Atletiko"nun yerində olmaq istəyər"
"Atletiko"nun kapitani Qabi La Liqada "Barselona" ilə oyun öncəsi açıqlama verib.

O, bu matçda bərabərliyin də çempion olmaları üçün yetərli olduğunu deyib:

"Barselona"ya qarşı ağıllı oynamaq lazımdır. Komanda olaraq bu oyuna hazırıq. Kataloniya klubu ilə qarşılaşdığımız son beş matçda məğlub olmamışıq. Ümid edirik ki, bu görüşdə də məğlubiyyətsizlik seriyasını davam etdirəcəyik.

Qabi həmçinin bu mövsümü özləri üçün uğurlu hesab edib: "Real" və "Barselona" "Atletiko"nun yerində olmaq istəyər. Çünki bu mövsüm bizim üçün çox uğurlu oldu".

Qeyd edək ki, hazırda La Liqada birinci pillədə olan Dieqo Simeonenin komandası Çempionlar Liqasının finalına da vəsiqə qazanıb.

Xəbər 883 dəfə oxundu.