Suaresin favoritləri
"Liverpul"un və Uruqvay millisinin futbolçusu Luis Suares "DÇ-2014"də favorit hesab etdiyi yığmaların adlarını açıqlayıb.

Bu mövsüm uğurlu çıxışı ilə rekordlar qıran hücumçu turnirin qalibi adına əsas namizədin Braziliya millisi olduğunu söyləyib:

"Argentina da dünya çempionatının kubokunu qazana bilər. Çünki çox yaxşı heyətləri var. İspaniya, Almaniya, İtaliya və İngilətərə də favoritlər sırasındadır".

Uruqvayın dünya çempinatını qazanmaq ehtimalını da dəyərləndirən Suarezin futbolda hər şeyin mümkün olduğunu bildirib:

"Düzdür, oynayacağımız qrup çox çətindir. Ancaq futbolda hər şey ola bilər".

Qeyd edək ki, D qrupunda mübarizə aparacaq Uruqvay millisinin rəqibləri Kosta Rika, İngiltərə və İtaliya yığmasıdır.

Xəbər 830 dəfə oxundu.