Reynaldo Avropa Liqasında 14-cü oldu
Dünən keçirilən "Sevilya" - "Benfika" oyunu ilə Avropa Liqasında 2013/2014 mövsümünə yekun vurulub.

Geridə qalan mövsümdə turnirin bombardirlərinin siyahısı müəyyənləşib.

Həmin siyahıda "Qarabağ"ın futbolçusu Reynaldo Silva da yer alıb. Təsnifat mərhələlərində 5 qol vuran braziliyalı futbolçu bombardirlər siyahısında 14-cü olub.

Siyahıya 11 qolla Avstriyanın "Zalsburq" klubunun futbolçusu Adrian Soriano başçılıq edir. "Trabzonspor"un hücumçusu Paulo Enrike isə 8 qolla ikinci olub.

Qeyd edək ki, turnirin finalında "Benfika"nı penaltilər seriyasında 4:2 hesabı ilə məğlub edən "Sevilya" klubu fəxri kuboka sahib çıxıb.

Xəbər 769 dəfə oxundu.