Futbol üzrə UEFA Avropa Liqasının final oyunu keçirilib
Futbol üzrə UEFA Avropa Liqasının final oyunu keçirilib.

Klub turnirinin finalında İspaniyanın “Sevilya” və Portuqaliyanın “Benfika” komandaları qarşılaşmışlar.
İtaliyanın Turin şəhərindəki “Yuventus Stadium”da keçirilən qarşılaşmanın əsas vaxtında hesab açılmamışdır.

Almaniyalı baş hakim Feliks Brixin idarə etdiyi oyunda qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulmuşdur. Lakin əlavə vaxtda da qapılara top vurulmadığından Avropa Liqasının qalibi penalti seriyasında müəyyənləşmişdir.
Zərbələri daha dəqiq yerinə yetirən “Sevilya” qızıl medala sahib olmuşdur.

“Sevilya” tarixi ərzində bundan əvvəl iki dəfə Avropa Liqasında final oynamış və onların hər ikisindən qalib ayrılmışdı

Xəbər 795 dəfə oxundu.