"Beyrut Open 2014" beynəlxalq şahmat turnirinin qalibi məlum oldu
Livanın paytaxtı Beyrut şəhərində keçirilən ənənəvi “Beyrut Open 2014” beynəlxalq şahmat turniri başa çatıb. 15 ölkədən 79 şahmatçının qələbə uğurunda mübarizə apardığı turnir İsveçrə sistemi ilə 9 turdan ibarət olaraq keçirilib. Ölkəmizi təmsil edən, beynəlxalq qrossmeyster Azər Mirzəyev 9-cu turda Niderland şahmatçısı Sergey Tiviakovla heç-heçə edərək xal ehtiyatını 7-ə çatdırdı. Beləliklə, Azər Mirzəyev, Belarusiya şahmatçısı Kirill Stupak və Sergey Tiviakov 7 xalla 1-3-cü yerləri bölüşdürüblər.

Əlavə göstəricilərə görə turnirin qalibi Azər Mirzəyev olub. Belarusiya şahmatçısı Kirill Stupak 2-ci, Niderland təmsilçisi Sergey Tiviakov isə 3-cü yerin sahibi olub.

Xəbər 902 dəfə oxundu.