Viktor Valdez "Barselona"dan ayrıldı
Viktor Valdes "Barselona" klubundan ayrılıb.

İspan qolkiperin Kataloniya təmsilçisi ilə müqaviləsi başa çatıb.

Valdes açıqlamasında "Barsa"dakı karyerasını istədiyi şəkildə sonlandırmadığını deyib: "Bu mövsüm mənim üçün çətin keçdi, çünki zədələndim. Artıq başqa klubun şərəfini qoruyacam".

Təcrübəli qolkiper ötən ay dünyasını dəyişən Tito Vilanovaya da təşəkkür etməyi unutmayıb.

Xəbər 844 dəfə oxundu.