Marat İzmaylov "Rubin"in hədəfində
"Qəbələ" klubunun yarımmüdafiəçisi Marat İzmaylov karyerasını vətənində davam etdirə bilər.

"Rubin" (Kazan) klubu təcrübəli futbolçunun xidmətində maraqlıdır.

Müqavilə ilə Portuqaliyanın "Portu" klubuna məxsus olan İzmaylovun mövsümün sonunda "Qəbələ"dən ayrılacağı gözlənilir. Rusiyalı futbolçunun karyerasını hansı klubda davam etdirəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, İzmaylov qış transfer pəncərəsi dönəmində "Portu"dan "Qəbələ"yə icarəyə verilib.

Xəbər 797 dəfə oxundu.