Yago Lamela həyatını itirdi
İspaniyalı atlet Yago Lamela evində ölü tapıldı. 37 yaşlı uzununa tullanan idmançı 2004-cü ildən bu yana depressiya müalicəsi görürdü.

Xatırladaq ki, 1999-cu ildə Lamela həm salonda, həm açıq havada uzunluğa atlamada dünya ikincisi olub. Eyni ildə Avropada Atletizm Çempionatında qızıl medal qazanıb.

2 ildir şikəstliyə baxmayaraq yarışlara qatılan Lamela 2004-cü ildə yaxşılaşma ümidi ilə böyük bir əməliyyat keçirdi. Lakin gözlənilən olmadı. 2009-cu ildə o, atletizm karyerasına son qoyduğunu açıqladı.

Lamelanın nə səbəbdən öldüyü barədə isə heç bir məlumat yoxdur.

Xəbər 1091 dəfə oxundu.