UEFA AÇ-2020-nin səsvermə prosedurunu təsdiqlədi: Siyahıda Bakı da var
UEFA-nın İcraiyyə Komitəsi Turindəki iclasında AÇ-2020-nin final mərhələsinin ev sahibləri olacaq şəhərlərin müəyyən edilməsi üçün səsvermə prosedurunu təsdiqləyib.AÇ-2020-nin oyunlarını keçirmək üçün ümumilikdə 19 şəhər iddiasını irəli sürüb və bu şəhərlərin arasında ölkəmizin paytaxtı Bakı da var. Avqusta assosiasiyaları tenderdə iştirak etməyən İcraiyyə komitəsinin üzvləri bütün ərizələri hər birində ən azı iki şəhər olmaqla, altı və ya səkkiz regional zonaya böləcəklər. UEFA-nın İcraiyyə komitəsi yekun qərarını sentyabrın 19-da İsveçrənin Cenevrə şəhərində keçiriləcək xüsusi mərasimində elan edəcək.

Xatırladaq ki, UEFA-nın İcraiyyə Komitəsi UEFA prezidenti Mişel Platininin sədrliyi ilə 2012-ci ilin dekabrında Lozannadakı görüşdə AÇ-ni bir və ya iki ölkədə keçirməkdənsə, 2020-ci ildə “Avropa üç Avro” keçirməyi qərara almışdı. 2013-cü ilin yanvarında isə UEFA-nın İcraiyyə Komitəsi final mərhələsinin Avropanın 13 şəhərində keçiriləcəyini təsdiqləmişdi.

Xəbər 952 dəfə oxundu.