Karlos Tevez milli komandaya dəvət almadı
Argentina millisinin bu il Braziliyada baş tutacaq dünya çempionatı üçün genişləndirilmiş heyəti açıqlanıb.

Baş məşqçi Alexandro Sabellanın "Yuventus"un hücumçusu Karlos Tevezə dəvət göndərməməsi böyük maraq doğurub.

F qrupunda mübarizə aparacaq Argentina millisinə Serxio Aquera ("Mançester Siti"), Lionel Messi ("Barselona"), Qonzalo İquain ("Napoli"), Rodriqo Palasio ("İnter") və Franko Di Santo ("Verder") kimi hücumçular dəvət alıb.

Xəbər 828 dəfə oxundu.