Simeone: "Barselona" ilə matçda ondan çox şey gözləyirəm"
"Malaqa" ilə görüşü buraxan "Atletiko" (Madrid) klubunun hücumçusu Dieqo Kosta La Liqada çempionun müəyyənləşəcəyi "Barselona" ilə matçda meydanda olacaq.

Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone də bu oyunda Kostaya güvənəcəyini bildirib.

Argentinalı mütəxəssis sözügedən oyunda Kostaya çox ehtiyaclarının olduğunu deyib: "Kosta bu oyun üçün hazırlaşır. Ondan "Barselona" ilə matçda çox şey gözləyirəm. Kostaya güvənirəm".

Qeyd edək ki, "Barselona" - "Atletiko" oyunu mayın 19-da, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xəbər 804 dəfə oxundu.