"Borussiya" azarkeşlərindən rekord
2013/2014 mövsümündə "Borussiya" (Dortmund) klubunun ev oyunlarını stadiondan rekord saytda azarkeş izləyib.

İdman.com.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, cari mövsümdə 1 milyon 855 min 156 azarkeş "Siqnal İduna Park" stadionunda Dortmund klubunun oyunlarında komandaya dəstək olub.

Ötən mövsüm isə bu rəqəm 1 milyon 841 min 258 idi.

Bu siyahıda bundesliqada ikinci pillədə "Bavariya"dır. Bu mövsüm təxminən 80 min 291 azarkeş "Alyanz Arena"da Münhen klubunun matçlarını izləyib. "Şalke isə 77 min 600 azarkeşlə siyahının üçüncü pilləsində qərarlaşıb.

Xəbər 841 dəfə oxundu.