Yosip Simuniç cəzalandırıldı
Xorvatiya və İslandiya arasında keçirilən oyundan sonra nasist salamı verən xorvatiyalı futbolçu Yosip Simuniç cəzalandırılıb. İsveçrənin Lozanna şəhərində yerləşən İdman Məhkəməsi FİFA-nın Y.Simuniçə verilmiş 10 oyunluq cəzanı düzgün hesab edib.

İclasda şahidlər və Y.Simuniç dindirilib. Daha sonra məhkəmə FİFA-nın qərarını qüvvədə saxlayıb.

Məhkəmənin bu qərarından sonra xorvatiyalı müdafiəçi iyun-iyul aylarında Braziliyada keçiriləcək dünya çempionatında oynaya bilməyəcək.

Xəbər 735 dəfə oxundu.