“Rabitə” voleybol komandası keçmiş baş məşqçisi ilə müqavilə imzalayıb
Azərbaycan çempionu “Rabitə” voleybol komandası 2014/2015-ci il mövsümünə yeni baş məşqçi ilə başlayacaqdır.

“Rabitə” 2010/2011-ci il mövsümündə komandaya Super Liqanın qızıl, Çempionlar Liqasının gümüş medalını qazandıran 48 yaşlı serbiyalı mütəxəssis Dejan Brdjoviç ilə rəsmi müqavilə bağlamışdır. D.Brdjoviçin qarşısına əsas hədəf kimi Avropanın ən güclüsü olmaq tapşırığı qoyulmuşdur.
O, bu vəzifədə vaxtilə köməkçisi olmuş Eldar Yusubovu əvəzləmişdir. Azərbaycanlı məşqçinin isə yenidən D.Brdjoviç ilə işləyəcəyi, yaxud “Telokom”da çalışacağı gözlənilir.

Qeyd edək ki, 2011-ci ildə Brdjoviçin yerini həmyerlisi Zoran Qayiç tutmuşdu. Serbiyalı mütəxəssis isə Azərbaycandan getdikdən sonra yerli “Vizura” klubunda çalışmışdır.

Xəbər 930 dəfə oxundu.