Uşu üzrə 15-ci Avropa Çempionatı keçirilib
6-12 may tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində Uşu üzrə 15-ci Avropa Çempionatı keçirilib. Çempionatda ölkəmizi 6 idmançı, 1 hakim və 1 məşqçi-rəhbər təmsil edib.

Avropa Uşu federasiyanının Konqresində Azərbaycan Uşu Federasiyasının Prezidenti Azər Həsənsoy Uşunun inkişafında göstərdiyi xidmətlərə görə "1-ci dərəcəli Avropa Uşu medalı" ilə təltif olunub.

Çempionatda yeniyetmələr arasında İsa Bayramov (48 kq) və kişilər arasında Elçin Eminov (56 kq) qızıl medal, yeniyetmələr arasında Taleh Əliyev (60 kq) və Məhəmməd Rüstəmli (80 kq) gümüş medallar qazanıblar.

Xəbər 1000 dəfə oxundu.