Roberto Karlos Bakıya gələ bilmədi

Rusiyanın “Anji” klubunun braziliyalı oynayan-məşqçisi Roberto Karlosun Azərbaycana səfəri baş tutmayıb.
www.idman.com.az saytı AzərTAc-a istinadən xəbər verir ki, R.Karlos güclü soyuqladığı üçün həkimlərin tövsiyəsinə əsasən Bakıya gələ bilməyib. Bununla bağlı braziliyalı futbolçu fikirlərini bildirib: Çox təəssüf ki, Azərbaycana səfərim alınmadı. Mənə Bakının və Azərbaycanın gözəlliyi haqda çox danışıblar. Səfərdən imtina etmək məcburiyyəti qarşısında qaldığım üçün üzr istəyirəm. Söz verirəm ki, ilk fürsətdəcə Azərbaycana gələcək və hər kəsi futbolunuzun 100 illik yubileyi münasibətilə şəxsən təbrik edəcəyəm. Bildiyim qədər, Azərbaycanda mənim xeyli pərəstişkarım var.

Xəbər 966 dəfə oxundu.