Gənclər arasında Respublika turniri
15-18 may 2014-cü il tarixlərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş Gənclər arasında “Ümumrespublika turniri” keçiriləcək. Yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Taekvondo Federasiyası və Masallı rayon Gənclər və İdman Baş İdarəsi tərəfindən birgə təşkil edilir. Ulu öndərin xatirəsinə həsr edilmiş turnirdə, paytaxt və respublikanın bölgələrində fəaliyyət göstərən taekvondo bölmələrindən idmançılar iştirak edəcəklər.

Masallı Regional Taekvondo Mərkəzində təşkil edilən yarışda qaliblər, Azərbaycan Taekvondo Federasiyasının diplom, medal və müxtəlif hədiyyələri ilə mükafatlandırılacaq.

Xəbər 1198 dəfə oxundu.